İnsanlara hürriyət, millətlərə istiqlal!

ADNA-nın yataqxanalarında qalan ailələr çıxarılıb

1601 11.03.2014 18:51 Son xəbər A A
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, C.Hacıbəyli küçəsindəki yataqxanalardan çıxmaq istəməyən məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesi başlayıb.
 
APA-nın məlumatına görə, sökülməsi nəzərdə tutulan yataqxanalardan məcburi köçkünlərin çıxarılması prosesinə polis əməkdaşları da cəlb edilib.
 
Qeyd edək ki, keçən il avqustun 1-dən ADNA-nın yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkünlərin Masazır qəsəbəsində tikilən yeni mənzillərə köçürülməsi prosesi başlayıb. Ancaq 20-dək ailə yataqxanalardan köçməklə razılaşmayıb.
 
Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin yataqxanalarda qalmış 20 ailədən 7 məcburi köçkün ailəsinə də mənzillər və orderlər verilib. 

Lakin həmin insanlar qeyri-müəyyən səbəbə görə yeni mənzillərə köçmürlər. Mənzil bölgüsündən narazı olan bu məcburi köçkün ailələri ilə bərabər yataqxanalarda faktiki orada yaşamayan, sonradan müxtəlif yollarla yataqxanalara yerləşən, o cümlədən məcburi köçkün statusu olmaya ailələr də var. 

Dövlət Komitəsi həmin ailələrə mənzil düşmədiyini açıqlayıb: “Hazırda həmin yataqxanaların sökülməsi və digər məsələlərə isə biz baxmırıq”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR