İnsanlara hürriyət, millətlərə istiqlal!

ADNA-dan QOVULAN TƏLƏBƏ-JURNALİST ACLIQ AKSİYASINA BAŞLAYACAQ

863 09.04.2010 09:24 Ölkə A A
Xatırladaq ki, E.Bədəlov ADNA-nın neft-mexanika fakültəsinin 4-cü kurs tələbəsi olmaqla yanaşı, həm də pia.az saytının redaktoru və müxbiridir. Dediyinə görə, həmin məqalədən sonra dekabrın 25-də kurs işini kafedraya təqdim edib: “Kurs rəhbərim mənə 5 qiymət yazmışdı. Lakin kafedrada qiymətimi dəyişib qeyri-kafi ediblər. Bundan sonra qış imtahanının birindən yarımçıq çıxarıldım, digərindən isə qeyri-kafi aldım”.
Jurnalistin son məhkəmə iclasında fakültə dekanı Qasım Məmmədov da kurs işinin dekabrın 28-dək təqdim olunduğunu deyib: “Bu protokola salınsa da, hakim nəzərə almadı. İmtahana gəldikdə dekan qeyd etdi ki, apelyasiya zamanı mənə başqa biletlər verilə bilərdi. Halbuki həm kurs işimdə, həm də imtahan qiymətinin apelyasiyasında mənim hüquqlarım pozuldu. Eyni müəllim məndən yenidən imtahan götürdü”.
E.Bədəlov tənqidi məqalənin tələbələrdən biri tərəfindən dekana çatdırıldığı haqda məlumatlı olduğunu söylədi: “Bundan sonra mənə təzyiqlər başladı. İlk olaraq dekanım məni təhqir etdi. Sifarişli yazılar yazdığımı dedi. Əslində ortada iki plan var idi. Yanvarın 18-də  mənə öyrədilmiş tələbə yaxınlaşdı. Təxribata çəkmək istədi. Lakin fikir vermədim. Ertəsi gün universitetdən qovulmağım haqqında qərar verildi”.
Jurnalist hərbi komissarlıqdan zənglər gəldiyini də bildirdi: “Lakin Apelyasiya Məhkəməsi bitməmiş məni əsgər apara bilməzlər. Mən ödənişli əsaslarla oxuyuram. Universitetlə müqaviləmdə qovulana qədər digər vasitələrdən istifadə etmək haqqında yazılıb. Lakin mənə qərəzli münasibət göstərilib. Məhkəmənin də sifarişli olduğunu düşünürəm”. Tələbə-jurnalist Müsavat Partiyasının məhkəməylə bağlı bəyanat yaymaq fikrinin olduğunu da dedi.
Sonda E. Bədəlov Avropa Məhkəməsinə müraciət edəcəyini bildirdi: “İndiyədək prezidentə, təhsil nazirinə də müraciət etmişəm. Amma heç bir cavab gəlməyib. Məhkəmədə isə Təhsil Nazirliyinin nümayəndəsi 1994-cü ilin əsasnaməsini gətirmişdi. Həmin əsasnaməyə görə, guya 3 kəsirə görə tələbə universitetdən qovula bilər. Halbuki müqavilədə bu, ən son yol kimi qeyd olunub. Nazirlik mənimlə maraqlanmır. Universitetimdən narazıyamsa, bəs hara üz tutmalıyam?”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR