İnsanlara hürriyət, millətlərə istiqlal!

ADNA-dan QOVULAN TƏLƏBƏ AKADEMİYANI MƏHKƏMƏYƏ VERİR

1539 09.02.2010 09:04 Media A A
E.Bədəlov akademiyadan haqsız yerə qovulduğuna görə ADNA-nı məhkəməyə verəcəyini söylədi: “Mənim məsələmlə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişik. ADNA-dan isə nazirliyə məlumat verilib ki, guya mən akademik borcuma görə xaric olunmuşam. Hamı gözəl bilir ki, belə deyil. Məni universitetlərdən hazırladığım reportaja görə xaric ediblər. Çünki o məqalədə oxuduğum akademiyadakı vəziyyəti də yazmışdım. Təhsil Nazirliyi isə şikayətimə baxmır. Qovulmağım haqda əmri də mənə vermirlər ki, məhkəməyə müraciət edim. Artıq məni hərbi xidmətə də çağırıblar. Bunu nəzərə alıb ADNA-nı məhkəməyə verməyə hazırlaşıram”.
Tədbirdə çıxış edənlər isə dedi ki, yaxın günlərdə E.Bədəlovun hüquqlarını müdafiə komitəsi yaranacaq.
Xatırladaq ki, ADNA-nın neft-mexanika fakültəsinin IV kurs tələbəsi E.Bədəlovun təhsil aldığı ali məktəbdən xaric olunması ilə bağlı əmr yanvarın 22-də verilib. Səbəb kimi isə E.Bədəlovun 3 imtahandan kəsildiyi göstərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR