İnsanlara hürriyət, millətlərə istiqlal!

ADNA-dakı TERROR QURBANLARININ XATİRƏSİNİ YAD ETMƏK ÜÇÜN MERİYAYA MÜRACİƏT OLUNDU

1233 20.04.2010 09:05 Gündəm A A
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı  bildirdi ki, bu  mitinq siyasi xarakterli olmayacaq: “Əsas tələb 30 aprelin tələbə-gənclərin həmrəylik günü kimi elan olunmasıdır. Milli Təhlükəsizlik və  Daxili İşlər nazirliklərinin səriştəsizliyi ucbatından baş verən terror hadisəsi zamanı qətlə yetirilən tələbələrin xatirəsinin əbədiləşdirilməsi istiqamətdə hakimiyyət heç bir addım atmayıb. Bunun üçün ən azı təhsil aldıqları universitetə onları anım lövhəsi vurula bilərdi. Heç olmasa parklardan birinin adı həmin günün xatirəsinə həsr oluna bilərdi. Qətlə yetirilən tələbələrin əksəriyyətinin heç 22 yaşı tamam olmamışdı. Onlar ömürlərinin baharını yaşayırdılar. Hakimiyyət həmin tələbələrin xatirəsini əbədiləşdirməklə onların ailələrinə təskinlik vermiş olardı. Bundan başqa, terror aksiyası şəffaf araşdırılmalı və cəmiyyət bu haqda düzgün məlumatlandırılmalıdır”.
T.Abbaslıya görə, tələbələr mitinqin keçirilməsini istəyirlər. Amma onlar aksiyanın texniki tərəfləri barədə məlumatsız olduğundan  Müsavat Gənclər Təşkilatı bu missiyanı öz üzərinə götürüb: “Məqsəd gənclər təşkilatı olaraq mitinqin texniki tərəflərinin təşkilidir. Təbii ki, müsavatçı gənclər də həmin mitinqdə iştirak edəcəklər. Məsələ ”facebook"da da yayımlanacaq. Tədbirlə bağlı təbliğat aparılacaq".
T.Abbaslı digər siyasi partiyaların gənclər təşkilatları, ictimai gənclər təşkilatları ilə də əlaqələr qurulacagını dedi: “Birgə mitinqin keçirilməsi haqda danışıqlar aparacağıq. Mitinqin kütləvi olması üçün səylərimizi birləşdirəcəyik. Son beş ildə Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi müraciətinə müsbət cavab verməyib. Meriyanın cavabından asılı olmayaraq, gənclər həmin tədbiri keçirəcək. Bu bizim hüququmuzdur. Qətlə yetirilən tələbələrin xatirəsini yad etmək, onlara layiq olduqları hörməti göstərmək istəyirik. Bu aksiya dövlətimizin gənclərin və tələbələrin təhlükəsizliyini təmin etməsi baxımından çox önəmlidir. Bizə rədd cavabı verilsə, bu əsaslandırılmalıdır. Konfrantasiya yaranmasın  deyə bizə müsbət cavab verilməlidir. Yoxsa ötənilki hadisələr yenidən təkrarlanacaq”.
T.Abbaslı bildirdi ki, mitinq zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə də müraciət olunacaq: “Müsavat Partiyasının son piketi zamanı mülki geyimli  dəstələr özlərini təqdim etmədən piketə müdaxilə etdilər. Böyük ehtimalla aksiya zamanı provokasiyaya cəhd ola bilər. Orda baş verə biləcək hadisələrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər Baş Polis İdarəsi olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR