İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev iddialara aydınlıq gətirdi: “Qardaşım Məhərrəm Əliyevin “Diqlas”la bağlılığı yoxdur”

1614 27.03.2019 16:19 Gündəm A A

Milli Məclisin deputatı Adil Əliyev yanan “Diqlas” Ticarət Mərkəzinin bir hissəsinin onun qardaşı, ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə məxsus olması ilə bağlı məlumatlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, A.Əliyev bu barədə Facebook-dakı statusunda yazıb. A.Əliyev yazıb ki, Məhərrəm Əliyevin nə “Diqlas”, nə də hər hansı ticarət obyektinə birbaşa və dolayısı ilə bağlılığı yoxdur.

O, qeyd edib ki, dayısı oğulu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır: “Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Musavat.com xatırladır ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.

Sosial şəbəkələrdə və bəzi saytlarda sözügedən ticarət mərkəzinin bir hissəsinin Məhərrəm Əliyevin qohumlarına məxsus olması ilə bağlı məlumatlar yayılmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR