ADİ DİKTATURA
Ad əslində istənilən olaya qiymət vermək, dəyərləndirmək üçün olduqca gərəklidir. Əslində ən amansız, qəddar rejimlərin də bir əbədi qayğısı olub - ona ünvanlanan ittihamları və bu ittihamların məcmuyu olan adı danmaq! Lenin də, Hitler də, Stalin də, Pinoçet də, Pol-Pot da, Səddam Hüseyn də, Müəmmar Qəddafi də özlərini insanları sevən, qayğısına qalan rəhbər kimi tanıtmaq üçün bütün vasitələrdən yararlanıblar. Amma nə faydası, ideoloji pərdə qaldırılan kimi hamı onları öz əməllərinə yaraşan adla çağırıblar.
Sovet imperiyası dağılandan sonra formalaşan dövlətlərdən ən azı onu tarixdə şahid olduğumuz ən qəddar rejimlərin bütün rənglərinə, çalarlarına bürünüblər. İndi onlara totalitar rejimlər də deyirlər, avtoritar rejimlər də... Amma bu ölkələrdəki iqtisadi münasibətlər, korrupsiya, bir qrup tərəfindən ölkənin maddi resurslarının yağmalanması ənənəvi diktaturadan bir zərrə də fərqlənmir. Təkcə bumu? Repressiyalar, qadağalar, həbslər, qətllər bizim içindən sıyrılıb çıxdığımız sovet diktaturasından çoxmu fərqlənir? İnanıram ki, hər kəs müqayisə aparanda sovet imperiyasına daha yumşaq rənglər vuracaq. Axı onda azadlığın özü olmasa da, onu müqayisələrdə dərk etmək mümkünsüzlüyündə bunca sərt rəftarla üzləşmirdik. Bəs niyə keçmişə diktatura damğası vurur, bu gün gördüklərimizi isə avtoritar idarəçilik adlandırırıq? Daha nələr baş verməlidir ki, bizim bütün haqlarımızı danan, dilə gətirəndə isə ən amansız şəkildə cəzalandıran bir rejimi öz adı ilə adlandıraq.
Çox vaxt təsəlliyə dönən bir yanlışın şahidi oluruq: Türkmənistana, Özbəkistana baxanda bizə min şükür! Unuduruq ki, bizim şükür etdiyimiz şərtlər rejimin dünyanın gözündə bir qədər humanist görünmək cəhdidir. Dünyadakı dövlətlərlə yanaşı durmaq, öz simasını gizlədib Avropa “ailəsində” yer tutmaq cəhdidir. Buna görə də demokratiya yox, demokrat görünmək, imitasiyalara baş vurmaq əsas qayğılardan biri olub. Amma gerçək mahiyyəti gizlətmək, azca da olsa demokratik görünmək üçün bu cəhdlər yetərli deyil.
Son 5-6 ildə qəbul olunan qanunlara diqqət yetirin. Heç biri daha üstün azadlığa təminat verməyib, əksinə, repressiyalar hüquqi don geydirməyə xidmət edib. Evi başına uçurulan da, malı-mülkü talan edilən də, meydanlara çıxıb “Azadlıq!” şüarı hayqıranlar da eyni rəftarla - polis dəyənəyi ilə üzləşirlər. Bəyəm bu rejimi heç bir istisnalar olmadan diktatura adlandırmaq üçün daha nələr baş verməlidir?
Bu ölkədə demokratiya adına yaraşan bir közərti də qalmayıb. Bu gün parlamentdə təmsil olunan 11 partiya da bir zərrə də siyasi müxtəlifliyi əks etdirmir. Əksinə, hamısı hakim partiyanın dediklərini cəmiyyətə aşılamaq üçün alətə çevriliblər. Ölkədə mövcud olan müxalifət isə elə indiki formatı ilə demokratiya dekorasiyası üçün kifayət edir.
Diqqət yetirirsinizmi, kimləri bu rejim öz düşməni elan edir, dünənki sadiq qullarını bir anda tapdayır. Bunun üçün yetər ki, ideoloji trafaretdə nəzərdə tutulmayan hər hansı bir ifadə işlədəsən. Bu səbəbdən də azca fərqli addım atdıqlarına, mövcud standartlardan ayaqlarını bir qarış kənara qoyduqlarına görə Moskvada yaşayan azərbaycanlı milyarderlər necə düşmən elan edildilər. Heç şəxsi münasibətlər, qohumluq əlaqələri, ortaq biznes maraqları da köməyə yetmədi. Adi diktatura rejiminə xas olan şıltaqlıqlar bütün çılpaqlığı ilə ortalığa qoyuldu.
Bu, hələ başlanğıcdır. Biz indən sonra içindən çürüyən, tükənən diktaturanın daha neçə belə rəftarının şahidi olacağıq.