İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı "Beynəlxalq bank işi"ndə keçən sabiq klub prezidenti Azərbaycandan gedir (ÖZƏL)

2992 04.04.2017 20:07 Son xəbər A A

Bakının "İnter" klubunun sabiq prezidenti, Bolqarıstan vətəndaşı Giorgi Nikolovun üzərindən Azərbaycanı tərk etmək qadağası götürülüb. Bu barədə məlumatı sabiq klub prezidentinin hüquqlarını müdafiə edən hüquqşünas Həsən Həsənov verib. Onun sözlərinə görə, Giorgi Nikolov yaxın günlərdə Azərbaycanı tərk edərək, ölkəsinə dönəcək.

Giorgi Nikolov ölkənin aparıcı futbol klublarından birinin rəhbəri olaraq komandasına 9 il ərzində iki dəfə ölkə çempionluğu (2008, 2010), bir dəfə MDB Birlik Kubokunun qalibi (2011) titulları qazandırıb. Bundan əlavə, onun rəhbərliyi ilə komandası üç dəfə gümüş medal, iki dəfə bürünc medal qazanıb, üç dəfə də ölkə kubokunun finalına vəsiqə qazanıb.

Bu cür parlaq karyeradan sonra 2015-ci ildə futbol klubunun baş sponsoru olan Beynəlxalq Bankın üzərində əsən qara buludlar "İnter" futbol klubunun prezidenti Georgi Nikolovdan da yan keçmədi. Elə o vaxtdan Nikolov həm işindən oldu, həm də ölkədən çıxışına qadağa qoyuldu. Nikolov bir dəfə istintaqa çağırılıb, ifadə verib. Lakin üzərində Azərbaycandan çıxış qadağası saxlanılıb.

Sabiq klub prezidentinin nümayəndəsi bildirib ki, qadağanın götürülməsi üçün hüquqi prosedurlara başlanılıb. Hüquqşünas məhdudiyyətin əsaslandırılması üçün Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa sorğu ünvanlayıb, ardınca məhkəmə iddiası qaldırılıb. Nəhayət, bu günlərdə hüquq-mühafizə orqanları Georgi Nikolovla əlaqəyə çıxaraq, barəsində ölkəni tərk etmək qadağasının götürüldüyünü bildirib. Bundan sonra sabiq klub prezidenti ölkəsinə qayıtmaq üçün bilet alıb və bir neçə gün sonra Bolqarıstana yola düşəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR