İnsanlara hürriyət, millətlərə istiqlal!

ADB turizm sektorundakı tənəzzülün ölkə iqtisadiyyatına təsirləri açıqlayıb

324 07.02.2021 01:02 İqtisadiyyat A A

Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) daxil olan ölkələrdə beynəlxalq ziyarətçi xərclərində 11 milyard ABŞ dollar dəyərində azalma, turizm və səyahətin ÜDM-yə töhfəsində 27 milyard ABŞ dolları dəyərində geriləmə müşahidə edilib.

“Report” xəbər verir ki, bu barədə ADB-nin CAREC-ə daxil olan ölkələrin koronavirus pandemiyasının aviasiya və turizmə təsiri barədə hesabatında qeyd edilib. ADB-nin CAREC proqramına Azərbaycan da daxil olmaqla 11 ölkə üzvdür.

Azərbaycan da daxil olmaqla bir sıra CAREC ölkələrinin turizmdən ümumi gəlirləri 38,2 milyard ABŞ dolları təşkil edib

Hesabatda vurğulanır ki, səyahət, aviasiya və turizm sahəsi CAREC-ə daxil olan ölkələrin iqtisadiyyatında vacib komponentlərdir: “Pandemiyadan əvvəl turizm və səyahət sahəsi CAREC-ə daxil olan ölkələrin ÜDM-sində 5 %-lik paya sahib idi. Dünya Səyahət və Turizm Şurasının məlumatına görə, CAREC-ə daxil olan ölkələrin turizm gəlirləri 2019-cu ildə 38,2 milyard ABŞ dolları təşkil edib.

Gürcüstan ən yüksək beynəlxalq ziyarətçi xərcinə sahibdir, lakin ümumi səyahət və turizm xərcləri Pakistan və Qazaxıstandan sonra Gürcüstan üçüncü yerdə qərarlaşıb. Bu, Gürcüstanın Qazaxıstan və Pakistan ilə müqayisədə nisbətən kiçik daxili turizm bazarına görədir. CAREC-ə daxil olan ölkələr, xüsusilə Gürcüstan səyahət və turizm sənayesinə köklənib və Gürcüstanın ÜDM-sinin 26 %- i məhz turizm sahəsi tutur.

Bildirilir ki, 65,5 milyon qlobal iş yerlərindən 1,5 milyonu CAREC ölkələrindədir və 1 milyonunu risk altındadır. Pakistanda insanların iş yerlərini itirməklə bağlı riski daha yüksəkdir, növbəti yerdə isə Gürcüstan gəlir. Daha sonra Monqulustan, Qazaxıstan, Özbəkistan iş yerlərini itirmək təhlükəsi ilə üz-üzədir.

Səyahət (aviasiya da daxil olmaqla) və turizmdəki işlərin sayı, ölkənin turizm məkanı kimi populyarlığından və işçi qüvvəsinin səmərəliliyindən asılı olaraq ölkələrə görə əhəmiyyətli dərəcədə dəyişə bilər.

Bəzi CAREC ölkələri Azərbaycanın, Monqolustanın, Özbəkistanın, Gürcüstanın onların ümumi iqtisadiyyatları ilə müqayisədə bu ölkələrin böyük turizm sənayesi var.

Turizmdə və səyahətdə işçilərin sayı istifadə olunan metodologiyadan çox aslıdır. Dünya Səyahət və Turizm Şurasının məlumtına görə, 2019-cu ildə dünyada 330 milyon turizm və səyahətlə bağlı iş yerləri var idi. Hazırda isə 197 milyon iş yeri yaxud 60 %-i pandemiyaya görə təhlükədidir. Bu rəqəmi Dünya Səyahət və Turizm Şurası iyun ayında yeniləyib. Şura ötən il 2020-ci ildə beynəlxalq turist səfərlərinin 73 %-ə qədər enə biləcəyini də vurğulayıb.

Hesabatda bildirilir ki, Azərbaycanın turizm sənayesində 2018-ci ildə 378 min iş yeri olub.

CAREC ölkələrində turizm sənayesi sürətlə inkişaf edirdi, ölkə iqtisadiyyatının artımına töhfə verirdi. 2018-ci ildə CAREC ölkələrində 36 milyon nəfər səfər edib, 2019-cu ildə isə bu göstərici 40 milyon olub. CAREC-ə daxil olan ölkələr arasında 2019-cu ildə Özbəkistana daha çox səfər edilib. Bu göstərici 2018-ci illə müqayisədə 26 % azalaraq 6 milyon 749 min təşkil edib. Azərbaycana səfər edənlərin sayı 2018-ci ildə 2 milyon 849 min nəfər olub, 2019-cu ildə isə bu göstərici 11 % artaraq 3 milyon 170 min təşkil edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR