İnsanlara hürriyət, millətlərə istiqlal!

"ADAM" təşkilatından sorğu açıqlaması

1513 20.08.2013 19:46 Siyasət A A
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli bəyanatla çıxış edərək bildirib ki, onun təşkilatı oktyabrda keçiriləcək prezident seçkiləri ilə  əlaqədar sosioloji sorğu keçirməyib.

Avqustun 19-da “ADAM” sosioloji xidmətinin rəhbəri Rüfət Qaragözlü  Demokratik Jurnalistlər Liqasının ofisində ümummilli sorğunun nəticələrinin təqdimatını keçirib. Sorğu “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” layihəsi çərçivəsində keçirilib.

Elan olunub ki, sorğunu ABŞ-ın German Marşal Fondunun – Qaradəniz Regional Əməkdaşlıq (The Black Sea Trust – the Regional Cooperation, BST, German Marshall Fund) maliyyəıəşdirib.

GMF-in rəhbəri Mehriban Rəhimli Turan-a bildirib ki, fond həqiqətən sözügedən layihəni maliyyələşdirib və maliyyə agenti kimi Demokratik Jurnalistlər Liqası çıxış edib.  O həmçinin qeyd edib ki, fond geniş ictimai rəy doğurmuş “ADAM”ın sorğusunun nəticələrinə görə məsuliyyət daşımır.

“Sorğu SPSS 13.0.  (“sosial elmlər üçün statistik paket”) proqramı üzrə standartlara uyğun keçirilib. Məlumatların statistikası üçün bu kompüter proqramı sosial elmlərdə tətbiqi araşdırmaların keçirilməsi  üçün nəzərdə tutulmuş kommersiya statistik məhsullar bazarında liderlərdən biridir”, - R.Qaragözlü Turan-a bildirib. Onun sözlərinə görə, statistik yalnışlıq +/- 3 % ola bilər.

R.Qaragözlü qeyd edib ki, sorğunun nəticələri elan edilməzdən bir həftə əvvəl Yadigar Məmmədliyə nəticələr barədə məlumat verib.

"Turan" agentliyi Y.Məmmədli ilə əlaqə saxlaya bilməyib, məlum olub ki, xaricdədir. İstisna olunmur ki, Y.Məmmədliyə təzyiq olunub və bunun nəticəsində o, sorğuya bağlılığını inkar edib. Bəyanatın mətnindən aşağıdakı frazalar təzyiqə dolayısı ilə sübut  ola bilər: “cəmiyyətə açıqlanan sorğunun nəticələri faktlara əsaslanmır”, “bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, “Yeni Azərbaycan Partiyasının reytinqi və resursları digər partiyalardan xeyli üstündür”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR