İnsanlara hürriyət, millətlərə istiqlal!

Adam bıçaqlayan 22 yaşlı şəxs məhkəmə zalından azadlığa buraxıldı

1253 04.04.2017 12:53 Ölkə A A

Bakıda adam bıçaqlayan 22 yaşlı şəxs məhkəmə zalımdan azadlığa buraxılıb.

Musavat.com xəbər vedkd ki, Bakıda mübahisə etdiyi şəxsi bıçaqlamaqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Maşallah Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalaroviun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən M.Qurbanov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq olunub. 2 il sınaq müddəti cəza alan M.Qurbanov məhkəmə zalından azadlığa buraxılıb

Hadisə ötən il noyabrında Xəzər rayonunda baş verib.

Aralarında yaranmış mübahisə zəminində Bakı şəhər sakini Fəxri Mirzəyevə bıçaqla xəsarət yetirən Göygöl rayon sakini Maşallah Qurbanov tutulmuşdu.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığına ağır zərbə vurma) maddəsi ilə cinayət işi açılmışdı.

Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq olub.

İ.Muradov
Misavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR