COVİD-19 məhdudlaşmalarında ən çox zərər görən ölkələrdən biri də Malta olub.
İndi bu ölkənin hakimiyyəti ölkəyə gələn xarici turistlərə 200 avro pul vəd edir. Lakin bunun üçün əcnəbi vətəndaş yay istirahətinin ən az 3 gününü burada keçirməlidir.
Malta turizm naziri Kleyton Bartolonun sözlərinə görə, beş ulduzlu oteldə nömrə sifariş edən turist 100 avro hökumətdən, 100-nü də otelin özündən alacaq. 4 ulduzlu otellərin sakinlərinə 150, üçulduzlulara isə 100 avro veriləcək. Xüsusilə Qotso adasında dincələnlər üçün isə məbləğ 10% artırılacaq.
Bu cür stimlullaşdırıcı tədbirlərlə hökumət 35 min turisti adaya cəlb etmək istəyir. 2019-cu ildə 2,9 milyondan çox turist Maltanı ziyarət edib. Lakin pandemiya başlayandan bu yana onların sayı 80% azalıb. Malta iqtisadiyyatında turizmin payı əhəmiyyətli dərəcədə böyükdür - 27%.
Ada ölkəsi buna görə iyun ayını 1-nə qədər peyvəndləmə işini də sürətləndirib. Hazırkı günə qədər yerli əhalinin 42%-nə ilk doza vurulub. Bu Avropa Birliyində ən yüksək göstərici sayılır.
Xatırladaq ki, bu yaxınlarda “Bloomberg” agenltiyinin ekspertləri normal həyata geri qayıtmaq üçün bəzi ölkələrə illərlə vaxt lazım olacağını xəbər etmişdilər. Onların fikrincə, xüsusilə iqtisdiyyatda turizmə önəm verən dövlətlər böyük zərər çəkəcək.
Musavat.com






