Türkiyənin məşhur prodüseri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı yenidən tənqidlərə məruz qalıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma qızı Melisa ilə görüntülənib. Onun qızını küçədə dəniz qızı paltarı ilə gəzdirməsi müzakirələrə səbəb olub. Izləyicilər uşaq çətinliklə hərəkət etdiyi üçün Subaşını tənqid ediblər.
Digərləri isə Acunun keçmiş həyat yoldaşını özünü uşaqla reklam etməkdə günahlandırıb.
Könül,
Musavat.com






