İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda taksi 60 yaşlı kişini vurub

234 21.10.2019 04:17 Kriminal A A

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan-Binəqədi yolunda baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.

Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR