Hadisə bu gün saat 02.00 radələrində, Qobu qəsəbəsi ərazisində, Aşağı Güzdək-Hökməli yolunun üstündə yerləşən kafedə qeydə alınıb. Aşağı Güzdək qəsəbə sakini, 1979-cu il təvəllüdlü Toğrul Tahir oğlu Qurbanov naməlum şəxs tərəfindən bıçaqlanıb. Xeyli sayda bıçaq xəsarəti alan T. Qurbanov hadisə yerində dünyasını dəyişib.
Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.






