İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda iki avtomobilin toqquşması nəticəsində yolda tıxac yaranıb - Foto

419 25.06.2019 02:01 Kriminal A A

Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Novxanı çimərliyi ərazisində qeydə alınıb.

Belə ki,"Niva" markalı avtomobil "Hyunday" markalı minik vasitəsi ilə toqquşub.  Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyməklə yanaşı, hər iki maşının sürücüsü yüngül xəsarət alıb. Bir müddət avtomobil yolunda tıxac yaranıb və nəqliyyatın hərəkəti dayanıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR