İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda avtomobilinin qaçırıldığını deyən şəxsin yalanı üzə çıxıb

619 30.10.2021 20:55 Kriminal A A

Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi”nə oktyabrın 29-na keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən C.Qubadova məxsus “Niva” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

DİN-dən "Report"a verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla C.Qubadovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılması və avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra onun qərəzli olaraq polisə yalan məlumat verməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR