İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yeni AES-ləri üçün Rusiya uranından imtina etmək niyyətindədir

334 10.01.2024 16:36 Dünya A A

ABŞ Energetika Nazirliyi yeni nəsil reaktorlar üçün Rusiya uranından imtina etmək niyyətində olduğunu açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton alternativ uran tədarükçüləri axtarır. Bu məqsədlər üçün ABŞ Energetika Nazirliyi 500 milyon dollar ayırıb. “Röyter” agentliyinin məlumatına görə, nazirlik 20%-ə qədər zənginləşdirilmiş yüksək dərəcəli az zənginləşdirilmiş uran yanacağının (HALEU) tədarükü üçün maksimum on il müddətinə müqavilələr bağlamağı planlaşdırır.

ABŞ Energetika Nazirliyinin rəhbərinin nüvə yanacağı dövriyyədi üzrə köməkçisinin müavini Con Karmak bildirib ki, ilk növbədə istehsalçılar arasında ilkin tələbat yaratmaq üçün kifayət qədər pul yatırmaq lazımdır.

Daha əvvəl enerji eksperti Boris Martsinkeviç izah edib ki, ABŞ Rusiyadan aşağı zənginləşdirilmiş uranın idxalına son qoymaq üçün qanun qəbul etməyəcək, çünki Amerika oxşar məhsul axtarmalı olacaq, bu isə daha bahadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR