ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində polislər afroamerikalı bir vətəndaşı güllə ilə arxadan vurub zərərsizləşdiriblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kenosha News” qəzeti məlumat yayıb.
Qəzətin xəbərinə əsasən, əslində həmin adam iki mübahisə edən qadını ayırmağa cəhd edirmiş. Polislər isə əvvəlcə ona elektroşok verib, daha sonra güllə ilə vurublar. Üstəlik vurulma onun öz uşaqlarının gözü önündə həyata keçirilib.
Kenoşa polisi bununla bağlı bəyanat yayıb. Mətbuat xidmətinin məlumatına görə polis əməkdaşları “məişət zorakılğı” insidenti ilə əlaqədar hadisə yerinə gəlibmişlər.
“Əməkdaşlarımızı dərhal həmin adama kömək ediblər. Onu helikopterlə Miluoki xəstəxanasına çatdırıblar. Lakin hazırda yaralanan şəxs ağır vəziyyətdədir”,-deyə bəyanatda deyilir
Musavat.com






