İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vitse-prezidenti  geyiminə görə “qeyri-vətənpərvərlikdə” ittiham olundu

788 04.02.2021 18:03 Dünya A A

 

ABŞ-ın vitse-prezidenti Kamala Harris brend geyimə olan aludəçiliyinə görə vətənində ciddi tənqid olunur. Qınağa əsas səbəb onun amerikalılar arasında acı şöhrətə malik “Dolce & Gabbana” markasını sevməsidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “İndependent” qəzetində məlumat yer alıb.

Qeyd edək ki, 56 yaşlı siyasətçi həmişə publika qarşısına bu brendin geyimləri ilə çıxır. Onun ABŞ prezidenti Co Baydenin qəbuluna eyni markadan olan cemperlə, maliyyə naziri Canet Yellenlə görüşə qadın kostyumu ilə çıxması heç kimin diqqətindən qaçmayıb.

Hətta bunu üçün “İnstagram”da “Kamala`s Closet” (Kamalanın qarderobu) adında hesab da açılıb və burada vitse-prezidentin “Dolce & Gabbana” aludəçiliyi sərt şəkildə tənqid olunub. Sonradan həmin hesab silinib.

Amerikalıların fikrincə, vitse-prezidenti yad bir ölkənin (İtalyan) markası, bahalı, özü də adı irqçilikdə hallanan bir şirkətin məhsulundan (maraqlıdır, Kamala Harris özü qaradərilidir) istifadə edə bilməz.

Belə ki, bir reklam filmində çinli qadınların təhqir olunduğu iddialarına görə, Dominiko Dolçe və Stefano Qabana təərəfindən qurulan dünya şöhrətli moda evi hələ də rasizm ittihamları ilə üz-üzə qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR