İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Yaponiya 60 il aradan sonra təhlükəsizlik paktını yeniləyir

560 25.03.2024 04:56 Dünya A A

ABŞ və Yaponiya 60 ildən sonra Çinlə Şimali Koreyaya qarşı durmaq məqsədilə təhlükəsizlik haqqında pakta böyükmiqyaslı yeniləmələrə imza atmağa yaxındırlar.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, aprelin 10-da Ağ evdə keçiriləcək görüşdə ABŞ Prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Fumio Kisida Yaponiya hərbi komandanlığının yenidən qurulması planlarını açıqlayacaqlar.

Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargahının keçmiş rəisi Reiçi Oriki “Financial Times” qəzetinə deyib ki, ABŞ regional müdafiədə böyük rol oynadığından Yaponiyaya daha yüksəkrütbəli amerikalı zabitin təyin edilməsinə ehtiyac var: “Bu (belə bir zabitin təyin edilməsi – red.) Çin və Şimali Koreyaya bir siqnal göndərir və çəkindirmə nöqteyi-nəzərindən ABŞ-nin Yaponiyada komandanlıq strukturunu gücləndirəcəyini söyləmək məntiqlidir”.

Qəzetin yazdığına görə, ABŞ Silahlı Qüvvələrinin Yaponiyada yerləşən birləşmələrinin modernləşdirilməsi imkanları da nəzərdən keçirilə bilər.

Ağ ev, Pentaqon, ABŞ-nin Hind-Sakit Okean Komandanlığı və Yaponiya hökuməti nəşrə şərh verməkdən imtina ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR