İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Aİ səfirləri 20 yanvar qurbanlarının xatirəsini yad edib, mesaj kimi FOTOLAR paylaşıblar

823 21.01.2024 03:27 Siyasət A A

Bu gün Avropa İttifaqı ölkələrinin səfirləri və ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət edərək 1990-cı il 20 yanvar günahsız qurbanların məzarlarına gül dəstələri qoyublar.

Avropa İttifaqı missiyasının rəhbəri Peter Mixalko X platformasındakı səhifəsində yazıb ki, "Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə birlikdə 1990-cı ilin qara yanvar faciəsində sovet qoşunları tərəfindən öldürülən qurbanların xatirəsini yad edib".

Öz növbəsində ABŞ səfiri Mark Libbi yazıb: "Bu gün biz Qara yanvar hadisələrini qeyd edirik və şəhid olanları yada salırıq. Onların ailələrinə və yaxınlarına başsağlığı veririrk”.

Image 1 of 2

Image 2 of 2

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR