İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya “Patriot” verir, alman "Gepard"ları yolda...

1673 21.05.2022 14:47 Dünya A A

Pentaqon rəsmisi: “Ukraynalıların əsas ehtiyacı uzaq mənzilli silahlaradır”

ABŞ Konqresi Kiyevə rekord məbləğdə 40 milyard dollar yardımı təsdiqləyib. Bu məbləğin yarısı müdafiə ehtiyaclarına yönəldilməlidir. Pentaqon hərbi yardım paketinə konkret nələrin daxil ediləcəyi ilə bağlı açıqlama vermir, lakin Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün “Patriot” hava hücumundan müdafiə sistemi və uzaqmənzilli artilleriya qurğularının tədarük ediləcəyi ilə bağlı ehtimallar var. Bu barədə “The Washington Post” yazır.

ABŞ Müdafiə Nazirliyi bütün məlumatları dərc etməyəcəyini deyib, rəsmi internet saytında dərc olunan məlumatlar isə geniş ictimaiyyət üçün açıqdır. TASS Pentaqonun sözçüsündən sitat gətirib: "Bizim stenoqramlarda mövcud olanlardan başqa heç bir əlavə məlumatımız yoxdur".
Bir gün əvvəl Pentaqon sözçüsü Con Kirbi ABŞ-ın Ukraynaya uzaq mənzilli silahların verilməsinin mümkünlüyünü nəzərdən keçirildiyini bildirib. TASS xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.

“Ukraynalıların əsas ehtiyacı uzaq mənzilli silahlaradır. Biz isə çalışırıq, onlara bu sistemləri əldə etməkdə kömək edək "deyə, o bildirib. Eyni zamanda o, ABŞ-ın Ukrayna ətrafında vəziyyətin daha da gərginləşməsindən yayınmaq istədiklərini də ifadə edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenski ilə telefon danışığı zamanı yaxın günlərdə Ukraynaya fransız silahlarının tədarükünün artacağını bildirmişdi. Makron əlavə edib ki, Fransa yardım üçün əlavə müraciətlərə cavab verməyə hazırdır.

İyul ayında isə Almaniya Ukraynaya 15 "Gepard" zenit-raket qurğusu göndərəcək. Bu barədə Almaniya müdafiə naziri Kristina Lambrext və Ukrayna müdafiə naziri Oleksiy Reznikov arasında baş tutan telefon danışığında razılıq əldə olunub. Bildirilib ki, razılaşdırlan müdafiə dəstəyi paketinə ukraynalı hərbçilərə təlimlərin keçirilməsi, təxminən 59 000 patron və 15 "Gepard"ın çatdırılması daxildir. "Gepard"lar Almaniyanın strateji hərbi ehtiyatlarından ayrılacaq.

Rusiya hərbi ekspertləri isə son vaxtlar Qərb silahlarının Ukraynaya gətirilməsinin dayandırılması planları barədə çox danışırlar. Rusiya qüvvələri hərbi texnikanın çatdırılması üçün istifadə olunan dəmir yolu relslərini hədəf alır. Hərbi ekspert Viktor Litovkin deyir ki, Qərb silahları ancaq Lvov vilayətində gəlmir və bu bölgəni hədəf almaqla iş bitmir. O, xatırladır ki, NATO Rumıniya və Moldova vasitəsilə Ukrayna Silahlı Qüvvələri üçün silah çatdıra bilər. Litovkin hesab edir ki, bu strateji əhəmiyyətli logistik yollara nəzarət Ukraynaya Qərb silahlarının tədarükünü əhəmiyyətli dərəcədə azalda bilər.

Müşahidəçi bildirir ki, NATO silahlarının tədarükünü dayandırmaq üçün bir neçə variant var və Rusiya komandanlığı ən effektivini seçəcək. “Görünür, Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı öz fikirləri var, məsələn, Lvovdakı yük stansiyasında çoxlu sayda zirehli texnikanın yığılmasını gözlədilər və ora raket ataraq həm stansiyanı, həm də texnikanı sıradan çıxardılar”-"ukrayna.ru portalı Litovkindən sitat gətirib.

Rusiya ordusunun qüvvələri isə son olaraq bəyan edib ki, Jitomir vilayətində Amerika və Avropa silahlarının böyük bir partiyasını məhv ediblər. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Silah və texnika “Kalibr” raketləri ilə məhv edilib.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR