İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Türkiyə, Oman, Almaniya şirkətlərinə sanksiya tətbiq etdi

961 20.03.2024 23:49 Dünya A A

ABŞ İranın raket, nüvə və müdafiə proqramlarına dəstək verdiyi üçün İranda və bir sıra başqa ölkələrdə yerləşən şirkətlərə sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, sanksiyalar İranın, xüsusən də raketlər üçün karbon lifi aldığı “üç satınalma şəbəkəsini” hədəfləyir.

Məhdudlaşdırıcı tədbirlər İran, Türkiyə, Oman və Almaniya şirkətlərinə, eləcə də bir sıra fiziki şəxslərə təsir edib. Xüsusilə, Almaniyanın “Mazixon GmbH and Co KG” və Türkiyənin “Gökler Dis Ticaret Limited Sirketi” şirkətlərinə sanksiya tətbiq edilib.

ABŞ maliyyə nazirinin müavini Brayan Nelson İranın hərbi sənayesinə dəstək verənlərə qarşı mübarizənin davam edəcəyini açıqlayıb: "Birləşmiş Ştatlar bu satınalma şəbəkələrini pozmaq üçün öz imkanlarından istifadə etməyə davam edəcək və İrana pilotsuz təyyarələrin və raketlərin istehsalında kömək edə biləcək ölkələri məsuliyyətə cəlb edəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR