İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Tehrandan SEPAH-ın ləğvini istəyir

867 16.03.2024 13:07 Ölkə A A

İran hakimiyyəti Qərb ölkələri ilə münasibətləri yumşaltmağı planlaşdırır. Musavat.com  xəbər verir ki, gün əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranla nüvə sazişi üzrə danışıqların bərpasını təklif edib.

“Biz məsələnin diplomatik həllinə sadiqik. Qarşı tərəfin lazımi siyasi iradəsi olsa, danışıqlar mümkün qədər tez başa çatdırıla bilər”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü brifinqdə bildirib. Bununla belə,  Kənani  vurğulayıb ki, bunun üçün “bütün tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə qayıtmalıdırlar”.

Qərbdən razılaşmanın müzakirəsinə başlamaq üçün dəfələrlə çağırışlar edilib, lakin danışıqlar dalana dirənib və hər hansı irəliləyişin gözlənilməyib.

1710526577.jpg (90 KB)

“İzvestia”qəzeti yazır ki, İranın qəfil yumşalması təsadüfi deyil.   Belə ki, martın 1-də İranda parlament və Ekspertlər Şurasına seçkilər keçirilib. Mühafizəkarlar bu iki əsas hökumət orqanında yerlərin əksəriyyətini qazanıblar. Buna səbəb həm də nüvə sazişi üzrə danışıqlar aparan keçmiş prezident Həsən Ruhani və  Laricani də daxil olmaqla, liberalların seçkilərdə iştirakına qadağa olub. 

Eyni zamanda, seçkilərdə iştirak 41% təşkil edib  ki, bu da  1979-cu il İslam inqilabından bəri tarixi minimumdur. Ən aşağı göstərici isə (25%) paytaxt Tehranda qeydə alınıb. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bu seçkiləri “İran xalqının ən böyük məğlubiyyəti” adlandırıb. İndi yeni parlament iranlıları ən çox narahat edən məsələni həll etməli olacaq. Bu problemlər  sırasında  ölkə iqtisadiyyatının vəziyyəti ilə yanaşı  nüvə sazişində uğursuzluğun  kifayət qədər ağrılı sanksiyaların tətbiqi də var.  Əgər nüvə danışıqları bərpa olunarsa, iranlılarda iqtisadi vəziyyətin yaxşılaşacağına ümid yarana bilər.

 “Şərq qapısı” Telegram kanalının müəllifi Andrey Ontikov isə nəticə çıxarmağa tələsməməyə çağırıb. “Kənaninin bu bəyanatı İran xarici işlər nazirinin müavini ilə  Avropa İttifaqı  rəsmisi arasında Dohada keçirilən görüşə təsadüf edib. Onlar İranın nüvə proqramını müzakirə ediblər.

Şərqşünas tədqiqatçı Danila Krılov “İzvestiya” ilə söhbətində qeyd edib ki, İran həmişə nüvə danışıqlarına  qayıtmağın tərəfdarı olub, çünki saziş ilk növbədə onun üçün faydalı olub.  Ekspert əlavə edib ki, nüvə müzakirəsinə mümkün qayıdışla bağlı danışıqların sonuncu raundu 2023-cü ilin yanvarında baş tutub və bundan sonra Bayden İranla danışıqların aparılmasının zəruriliyini fəal şəkildə bəyan etsə də, bu mövzunu gündəmə gətirməyə cəhd edilməyib. “ ABŞ rəsmiləri  Tehrana  gələcəkdə nüvə danışıqlarından Tramp kimi   çıxmayacağına dair yazılı zəmanət verməyə hazır deyillər. İkincisi, onlar İslam İnqilabı Keşikçiləri Korpusunu(SEPAH)  terror təşkilatı kimi tanıyıblar, bundan imtina etmək çətin olacaq” - deyə mütəxəssis qeyd edib.

1710523478 (1).jpg (109 KB)

Təhlilçi hesab edir ki,  danışıqlar  heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq.  Çünki  İran SEPAH-ı  ləğv edə bilməz. Bu, praktiki olaraq ölkənin öz suverenliyindən imtina etməsi və bir dövlət kimi özünü məhv etməsi tələbidir. Onun fikrincə, İranın indi Rusiya və Çinin  strateji tərəfdaşı və müttəfiqi olduğunu nəzərə alsaq,  nə ABŞ, nə Avropa Tehranla bir masada oturmağa həvəsli deyil. 

Orxan ƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR