İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatorları anlaşmaya rəğmən Türkiyəni cəzalandırmaq fikrindən əl çəkmirlər

634 18.10.2019 16:52 Dünya A A

ABŞ-la Türkiyə arasında Suriyada atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, Senat bu məsələdə fərqli mövqe sərgiləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın iki nüfuzlu senatoru, Senatın Beynəlxalq əlaqələr komitəsinin sədri Ceyms Riş (Respublikaçı, Aydaho ştatı) və Robert Menendez (Demokrat, Nyu-Cersi ştatı) Türkiyəyə Suriya müdaxiləsi səbəbindən sanksiyalar hazırlayırlar.

Bu barədə komitənin saytında mətbuat üçün hazırlanan xüsusi bülletendə deyilir.

Senatorlar Rusiyanın “Suriyada zərərverici fəaliyyəti”, “rəsmi Moskvanın prezident Bəşər Əsədə dəstəyi”nə görə yeni tədbirlərin görülməsinin vacibliyini bildiriblər. Kremlə qarşı yeni sanksiyaların detalları hələ ki açıqlanmır.

Qanun layihəsində Türkiyəyə silah satışının məhdudlaşdırılması, Türkiyənin bir sıra iri rütbəli məmurlarına, habelə türk ordusuna silah tədarük edən hüquqi və fiziki şəxslərə sanksiyalar gətirilməsi nəzərdə tutulur.

Sənəddə bu tədbirlərin əsas məqsədinin “Ankara və Moskvanın Yaxın Şərqdə yaratdığı qeyri-sabitliyə qarşı dayanmaq olduğu” qeyd olunub.

Robert Menendez bundan başqa qanun layihəsində prezident Donald Trampdan İŞİD-lə mübarizə aparılması, habelə ABŞ-ın Yaxın Şərqdəki milli təhlükəsizlik sahəsinəki problemlərinin həll ilə bağlı tamhəcmli strategiyanın işlənib hazırlanması tələbinin yer aldığını söyləyib.

Xatırladaq ki, Robert Menendez ABŞ Senatında qatı ermənipərəst senatorlardan sayılır və hər ilin aprelində qondarma “erməni soyqırımı” layihəsinin keçməsi üçün aktiv şəkildə fəlaiyyət göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR