İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatında Demokrat çoxluğun lideri marixuananı bütün ölkədə leqallaşdırmağı təklif edir

729 21.04.2021 03:07 Dünya A A

ABŞ Senatının Demokrat çoxluğunun lideri Çak Şumer bir daha marixuananı federal səviyyədə (bütün ölkədə) leqallaşdırmağı təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNBC kanalı məlumat yayıb. Senator Şumer bu məsələnin gələcək ilin aprel ayına qədər çözüləcəyinə ümid bəslədiyni söyləyib.

“Ümid edək ki,ölkəmiz marixuananın dekriminalizasiyası məsələsində tərəqqi əldə etmiş olacaq,”-deyə o çıxışında bildirib.

Demokrat siyasətçinin sözlərinə görə, narkotiklərlə aparılan milli müharibə çox zaman qəradərililərə qarşı açılan savaşa çevrilir. “Bunun üçün mən, senator Koro Buker (Nyu Cersi ştatını təmsil edir-red.) və senator Ron Uaydenlə (oreqon ştatı-red.) bunun üzərində çalışırıq.

Hazırkı ana qədər ABŞ-ın 15 ştat və Kolumbiya federal dairəsi marxuanadan cüzi şəkildə istifadəyə icazə verib. 36 ştatda isə bu narkotikin yalnız tibbi məqsədlər üçün yayılmasına izn göstərilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR