İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyi insan alverinə qarşı mübarizə və onun qurbanlarına yardımın göstərilməsi ilə bağlı seminar keçirib

361 01.04.2019 18:23 Ölkə A A

ABŞ səfirliyi tərəfindən təşkil olunmuş, Birləşmiş Ştatlar və Azərbaycan hökumətlərinin mütəxəssislərinin iştirakı ilə keçirilən seminarın məqsədi insan alverinə qarşı mübarizə və onun qurbanlarına yardımın göstərilməsi idi.

ABŞ səfirliyindən musavat.com-a verilən məlumata görə, səfir müavini Uilyam Qilin çıxışından sonra Səfirliyin Diplomatik Təhlükəsizlik idarəsinin təhlküəsizlik mütəxəssisi Reyçel Simon insan alveri qurbanlarını necə müəyyənləşdirmək və onlara kömək etmək üçün movcüd olan metodologiyalardan danışıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Miqrantların Müdafiyəsi üzrə Yardım Koordinatoru Mariya Nikolovska, Azərbaycanda insan alverinə aid mövcud vəziyyətlə bağlı məlumatı təqdim etib.

Təhlükəsizlik mütəxəssisi Simon insan alverçiləri tərəfindən tez-tez istifadə olunan saxta səyahət sənədlərinin tanınması üzrə təlim keçib.

Seminarda Xarici İşlər, Daxili İşlər və Ədliyyə Nazirliklərinin, habelə Dövlət Sərhəd və Miqrasiya Xidmətlərinin rəsmiləri də iştirak ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR