ABŞ səfirliyi: Fırıldaqçılardan özünüzü qoruyun- heç kim viza vədi verə bilməz!
Yay İş və Səyahət Proqramının iştirakçıları - fırıldaqçılardan özünüzü qoruyun! Müraciətdən əvvəl proqram tələblərinə uyğun olduğunuza dair əmin olun. Bu məlumatı ABŞ-ın Azərbaycandakı sıfirliyi yayıb. (http://azerbaijan.usembassy.gov/…/summer-work-and-travel-pr…)
Səfrilik bildirir ki, ABŞ-a səfrə getmək istyəyənlərə heç kim viza veriləcəyinə dair vəd verə bilməz.
“Xüsusilə, əgər sizə əlavə ödəniş və viza alınmasına görə zamanət versələr, əmin ola bilərsiniz ki, bu fırıldaqçılıqdır”, - deyə səfirli əhalini xəbərdar edir.
Bu e-poçt ünvanı vasitəsi ilə Amerika səfirliyinə fırıldaqçılıq faktları ilə bağlı müraciət edə bilərsiniz: consularbaku@state.gov






