İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

458 30.10.2019 11:41 Dünya A A

ABŞ-ın Türkiyədəki səfiri David Satterfield bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ səfiri Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” və “Barış bulağı” hərəkatı ilə əlaqədar qəbul etdiyi qərarlara görə XİN-ə çağırılıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıyıb.

Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR