"Azərbaycanda qarşıdan gələn parlament seçkilərində yeni simalarla qarşılaşacağımıza dair gözləntimiz var. Ümid edirəm ki, seçilənlər arasında yeni qadın simalarla tanış olacağıq və onların arasında sahibkarlar da olacaq".
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib.
O qeyd edib ki, Azərbaycan hökumətinin ATƏT-in Parlament Assambleyasının və ATƏT-in Demokrat Təsisatlar və İnsan Hüquqları Bürosunun üzvlərinə seçkiləri müşahidə etmək üçün dəvətini alqışlayır: "Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər. Ona görə hökumətdən gözləntimiz həm beynəlxalq, həm də yerli müşahidəçilərə tam şəraitin yaradılması və onların dəstəklənməsidir".






