İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri: "ABŞ şirkətləri Azərbaycan kosmik sənayesində təcrübəsini bölüşməyi davam edə bilər"

666 13.07.2015 20:55 Siyasət A A

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aerokosmik əməkdaşlıq səylərini müzakirə etmək üçün “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə görüşüb. Bu barədə ABŞ səfirliyinin Twitter səhifəsində məlumat yayılıb.

Səfir Sekuta bildirib ki, ABŞ şirkətləri Azərbaycan kosmik sənayesində və onunla bağlı sahələrdə qiymətli təcrübəsini bölüşməyi davam edə bilər.

“ABŞ avadanlığı və bilikləri Azərbaycan peyk sənayesi yayımının satışında qlobal nailətlərə çatmağa kömək edib”, deyə səfir qeyd edib.

TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR