İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ seçkilərinin sıradışı nəticələri:Homoseksual qubernator, müsəlman deputat, lesbiyan hindli...

803 07.11.2018 10:52 Dünya A A

ABŞ-da Konqres və qubernator seçkiləri başa çatdı.

8 ildən sonra demokratlar Nümayəndələr palatasında üstünlüyü yenidən ələ aldılar. Lakin bu seçkilər bir sıra ilklərlə də yadda qaldı. Homoseksual qubernator, müsəlman deputat, lesbiyan hindli və s…

Respublikaçılar üçün ən kritik seçki Texasda (Teksas) gerçəkləşib. Burada Repsublikaçı senator Ted Kruz rəqibi Beto O`Rurk üzərində güclə qələbə qazanıb.

Məhz bunun sayəsində Respublikaçılar Senatda demokratlar üzərində say çoxluğunu əldə edib. O`Rurk ən sonda məğlubliyyətini etiraf edərək tərəfdarlarının qarşısına çıxıb və onlara minnətdarlığını bildirib. Qeyd olunur ki, O`Rurkun məğlubiyyəti demokratlar üçün böyük kadr itkisi sayılır. Çünki onun adı həm də 2020-ci ildə Trampa rəqib ola biləcək siyasətçilərin arasında çəkilirdi.

Demokrat partiyasından isə ilk dəfə müsəlman qadınlar parlamentə üzv seçilib. Bu Miçiqan ştatının 13-cü seçki dairəsindən seçilən Rəşidə Tleyb və Minnesota ştatından Nümayəndələr palatasına seçilən 36 yaşlı İlhan Omardır.

Картинки по запросу rashida tlaib ilhan omar

Seçkidə digər maraqlı məqam Kolorado ştatında yaşanıb. Burada demokrat namizəd Cared Polis qələbə qazanıb. Cared Polis homoseksual olduğunu açıq ifadə edən ilk qubernator olaraq ABŞ tarixinə düşüb.

Картинки по запросу jared polis governor

ABŞ Konqresinə ilk dəfə yerli amerikalılar da daxil olub. Nyu-Meksikodan Deb Haaland və Kanzasdan seçilən Şaris Deyvids seçkiləri qazan yerli amerikalılardır.

Lakin burda başqa bir ilk daha var. Kanzaslı Şaris Deyvids həm də Konqresin birinci lesbiyan üzvüdür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR