ABŞ sanksiyalara məruz qalmış bir neft tankerinin Gürcüstanın Batum limanına daxil olması faktını araşdırır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.
“ Biz bu məsələni ciddi şəkildə araşdırırıq. Bu, çox vacib məsələdir və sanksiyalaırn pozulması faktları hər kəs tərəfindən izlənilir. Biz bununla bağlı olaraq Gürcüstanın dövlət qurumları, Gömrük və Gəlirlər Xidməti ilə çalışırıq. ”, - deyə amerikalı diplomat jurnalistlərə danışıb.
ABŞ səfirinin sözlərinə görə, onlar “Rusiya üzərinə qoyulan sanksiyalardan yan keçməklə bağlı bütün cəhdləri yaxından izləməyə” davam edəcəklər. Deqnan bu prosesdə Gürcüstan hökumətinin ciddi münasibət göstərməsinin olduqca vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən həftənin bazar günü Rusiya şirkətinə məxsus 30 min tona qədər yük daşıyan Türkiyə bayraqlı tankerin Batuma daxil olması barədə müxalifyönlü “Mtavari” telekanalı məlumat yaymışdı. Jurnalistlər insidenti Gürcüstan hakimiyyətinin beynəlxalq sanksiyalardan yan keçmək cəhdi kimi qiymətləndirərək, burada ölkə hakimiyyətinin əli olduğunu bildirmişdilər.
Musavat.com






