İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya sərhədlərində gizli hərbi təlimlərə başlayıb-məqsəd müharibəyə hazırlıq!

676 25.10.2021 22:35 Dünya A A

ABŞ Hərbi-Hava qüvvələri Rusiya ilə ehtimal olunan müharibəyə hazırlıq məqsədilə “F-16” qırıcılarını Alyaska ştatındakı Şemya adasına göndərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalının eksperti Devid Eks xüsusi məlumat yayıb. Materialda HHQ-nin hələ bu ilin may ayından Alyaskada taktiki planlar həyata keçirdiyi vurğulanıb. Qarşıya qoyulan əsas vəzifə kiçik hava limanlarına daha çox enmə və uçmanın gerçəkləşdirilməsinə nail olmaqdır.

“Bu uçuşlar Rusiya ilə tammiqyaslı müharibəyə hazırlıq məqsədini daşıyır. HHQ müharibə durumunda rusların iri bazalarinı ballistik və qanadlı raketlərlə vuracağını güman edir”,-deyə yazıda göstərilib.

Məqalə müəllifi Şemya adasının Rusiyanın hərbi təyyarələrinin Berinq dənizində yaxalanması üçün ideal mövqedə yerləşdiyinə diqqət çəkib.

“Bu ada Rusiya sahillərindən cəmi 200 mil (322 kilometr) aralıda yerləşir. ABŞ-ın heç bir aerodromu və təyyarə daşıyıcı gəmisi Rusiyaya bu qədər yaxın deyil”,-deyə yazıda qeyd olunur.

Xatırladaq ki, bundan öncə ABŞ Silahlı qüvvələrinin Şimal komandanlığının rəhbəri, general Qlen Vanherk Rusiyanın Birləşmiş Ştatlar üçün əsas təhdid mənbəyi olduğunu açıqlamışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR