İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiya tətbiq edib

554 29.06.2022 03:42 Dünya A A

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə (Rusiya FSB) qarşı sanksiyalar tətbiq edib.

APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, Vaşinqton bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri etibarlı mənbələr FSB-nin insan hüquqlarının pozulmasında və Ukrayna vətəndaşlarına qarşı hücumlarda iştirak edib.

Dövlət Departamenti həmçinin FSB-ni Ukrayna vətəndaşlarının yaşayış yerlərindən zorla köçürülməsində iştirak etməkdə və onlara qarşı yönəlmiş digər hərəkətlər etməkdə ittiham edib.

Tətbiq olunan sanksiyalar nəticəsində ABŞ-da yerləşən və bu ölkə vətəndaşlarının nəzarətində olan FSB-yə məxsus bütün əmlak və aktivlər bloklanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR