İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rus silahlarına qarşı ən müasir hərbi texnologiyaları sınaqdan keçirir

901 28.09.2020 17:52 Son xəbər A A

ABŞ-ın Arizona ştatının Yuma poliqonunda gələcək müharibələrin aparılmasında istifadə olunacaq PUA-lar, supertoplar, yerüstü robotlar sınaqdan keçirilib.

Musavat.com xarici agentliklərə istinadən cəbər verir ki, bu barədə “Defence One” saytı məlumat yıyıb.

Xəbərdə Pentaqonun Rusiyanın “Pansir” zenit-raket kompleksləri ilə vuruşa biləcək yeni hərbi qurğuların çalışma qabiliyyətindən olduqca məmnun olduğu bildirilib.

Təlimlərin ilk fazasında öncə kosmik peyklər şərti düşmənin hava əleyhinə müdafiə sistemlərini müəyyənlişdirdikdən sonra əldə olunan məlumatları quru qoşunlarının və hərbi-dəniz qüvvələrinin Vaşinqton ştatında yerləşən Lyuis-Makkord adlı birgə hərbi bazasındakı “Tactical Intelligence Targeting Access Node” (TITAN) stansiyasına ötürüblər.

Daha sonra TİTAN operatoru müəyyənləşdirilən hədəfləri Yuma poliqonundakı operatorlara verib. Burada ABŞ ordusunun inventarında yer alan, 70 km uzaqlıdakı hədəfləri vura bilən Extended Cannon Artillery (ERCA) topları ilə atış germəkləşdirilib. Bundan sonra isə “Future Attack Reconnaissance Aircraft” (FARA) sistemli kəşfiyyatçı helikopter “Air Launched Effects” (ALE) PUA-larının köməyi ilə şərti düşmənin hava əleyhinə komanda-dispetçer məntəqəsinin olduğu yerləri təsbit edib. Həmin hədəflər isə “MQ-1C Grey Eagle” pilotsuz uçan aparatından buraxılan “AGM-114 Hellfire” raketləri vasitəsilə məhv edilib.

İkinci fazada düşmənin hava əleyhinə müdafiə sistemlərinin qalan komponentləri yox olunduqdan sonra, üçüncü fazaya-amerikan döyüş maşınlarının şərti düşmən tərəfindən nəzarət olunan rayona daxil olmasına başlanılır.

Bu ilin sentyabrında “Breaking Defense” saytı, ABŞ-ın döyüşlərin idarə olunma sistemi-“Advanced Battle Management System” (ABMS)-ə görə hazırlanan 155 mm-lik “M109 Paladin” haubitsasının Rusiyanın qanadlı raketini imitasiya edən “BQM-167 Skeeter” adlı hava hədəfini müvəffəqiyyətlə vurduğunu xəbər edib. Bununla bağlı təlimlər ABŞ-ın Nyu-Meksiko ştatındakı, “Uayt-Sand” poliqonunda keçirilib.

Bütün bunlar ABŞ-ı Rusiya ilə artıq konkret yerüstü döyüş əməliyyatları aparılmasıma hazırlıq gördüyünü göstərir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR