Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsinə mane olmaq üçün çox az vaxt qalıb. Bu səbəbdən onun qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ və Avropa Birliyindəki rəsmi şəxslərə bağlanaraq məlumat yayıb.
Qəzetin informasiyasına görə, artıq hücum üçün hər şey hazırdır və bu olduqca tez bir müddətdə baş verə bilər. Amerikalı analitiklər bununla bərabər, rusların Ukrayna sərhədlərinə topladıqları qoşunlarla nə edəcəkləri barədə tərəddüddə olduqlarını da qeyd ediblər.
Hər bir halda rəsmi Vaşinqton bundan sonrakı hərbi və iqtisadi addımların atılmasında koordinasiya üçün avropalı müttəfiqləri ilə təmaslarını sıxlaşdırıb. Məsələn bu həftə ABŞ Milli kəşfiyyyatının direktoru Evril Heyns Brüsselə gələrək Avropa Birliyi ölkələrini mövcud təhdidlərlə bağlı məlumatlandırıb. Qaynaqlar Rusiya-Ukrayna sərhəddində vəziyyətin təhlükəli həddə çatdığını israrla vurğulayırlar.
Musavat.com






