İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qırmızı dənizdə ilk itkini verdi

1206 23.01.2024 16:23 Dünya A A

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yanvarın 11-də Ədən körfəzində husilərin qayığına basqın etdikdən sonra yoxa çıxan iki dəniz komandosunun öldüyünü bildirib.

Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində husilərin hədəflərinə hücum edib. 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib. Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR