İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib

486 17.07.2015 00:59 Dünya A A
ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Bill Killian bildirib.
 
Məlumata əsəsən, atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusunu qətlə yetirən şəxs Çattanuqa şəhərinin sakinidir. Onun adı istintaq sirri olduğuna görə açıqlanmır.
 
Hazırda Federal Təhqiqatlar Bürosu hadisə ilə bağlı mətbuat konfransı keçirir.
 
Qeyd edək ki, hərbçilərə hücum edən şəxs məhv edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR