İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Prezidentinin sabiq müşaviri Kissincer: "Müasir silahlardan istifadə dünya üçün faciəli ola bilər"

570 29.03.2021 17:29 Dünya A A

Martın 27-də İran ilə Çin arasında 25 illik plan üzrə strateji əməkdaşlıq haqqında sənədin imzalanması hələ də dünya mətbuatının gündəmindədir.

AZƏRTAC xəbər verir ki, artıq ABŞ-ın yeni Prezidenti Co Bayden bunu “Amerikanı narahat edən müqavilə” adlandırıb.

Mətbuatda dərc olunan materialların təhlili onu göstərir ki, ABŞ-ın regiona getdikcə daha çox nüfuz edərək özünün qanun-qaydalarını diktə etməsi narahatlıq doğurur. Amerikanın İrana və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, Çin ilə “ticarət müharibəsi”, Suriya və İraqa müdaxiləsi, həmçinin digər amillər region dövlətlərinin daha sıx əməkdaşlıq əlaqələri qurmaq zərurətini meydana çıxarıb.

ABŞ-ın nüfuzlu “Bloomberg” saytı yazır ki, Çin ilə İranın ortaq mövqeləri var və bu mövqelər ətrafında birləşmə prosesi gedir. ABŞ regiondakı müttəfiqlərini Çinə qarşı yönəldəcəyi təqdirdə, rəsmi Pekin bölgədə əhatə dairəsini genişləndirib ticarət tərəfdaşlarının sayını artırmaq niyyətindədir. İran isə Çinlə iqtisadi əməkdaşlığını genişləndirməklə sanksiyaların təsirini azaltmağa çalışır. Bu ittifaqa Rusiyanın da qoşulması beynəlxalq aləmdə ABŞ-ı çətin vəziyyətə salacaq.

“New York Times” qəzetinin yazdığına görə, razılaşma Çin tərəfinin İranın bankçılıq, telekommunikasiya, limanlar, dəmir yolları, səhiyyə və informasiya texnologiyaları kimi bir çox sahəyə 400 milyard dollar sərmayə qoymasını nəzərdə tutur. Bunun qarşılığında Çin İrandan mütəmadi olaraq böyük endirimlə neft tədarük edəcək. Hər iki tərəfin, xüsusilə İranın sanksiyalar altında olmasına baxmayaraq, o, indiyədək Çinə gündəlik 1 milyon barel neft ixrac edir. Əslində, dövlətlərin bir-biri ilə əməkdaşlıq əlaqələri qurması təbii siyasi prosesdir. Lakin konkret olaraq İranla Çinin yaxınlaşması təhdid kimi qəbul edilir. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Henri Kisincerin müsahibəsində də anlamaq olar. Kisincer Londonda, Böyük Britaniya Beynəlxalq Əlaqələr İnstitutunda çıxış edərkən bildirib ki, ABŞ Qərbdəki müttəfiqləri ilə birlikdə Çinlə diplomatik danışıqlar apararaq, yeni dünya düzəninin formalaşmasında ona yer ayırmalıdırlar. Onun fikrincə, indi dünyadakı vəziyyət Birinci Dünya müharibəsi ərəfəsindəki vəziyyəti xatırladır. Hər hansı kiçik ehtiyatsızlıq müasir silahların istifadəsi ilə nəticələnə bilər ki, bu da bütün dünya üçün faciəli olar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR