İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidentinin qız nəvəsi Çeşmədə - ciddi mühafizə altında tətil

2002 01.07.2023 12:06 Son xəbər A A

ABŞ prezidenti Co Baydenin birinci həyat yoldaşı Neilia Hanterdən olan oğlu Hanter Baydenin qızı Naomi Bayden Türkiyəyə gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İzmir vilayətinin Çeşmə rayonunda tətil edən 29 yaşlı Naomi Bayden bir gün əvvəl dostları ilə birlikdə "The Beach Of Momo"da əylənib.

Bildirilir ki, Naomi Baydeni müşayiət edən böyük mühafizə dəstəsi gənc qadından əvvəl  kurorta gələrək kəşfiyyat-araşdırma işləri aparıb. Mühafizəçilər lazımi tədbirləri gördükdən sonra Naomi Bayden rəfiqələri ilə birlikdə çimərliyə daxil olub. Bütün günü xüsusi hazırlanmış lojada oturan xanım Bayden vaxtaşırı ayağa qalxıb ətrafa baxıb.

Naomi Bayden məkanda olduğu saatlarda onu müşayiət edən mühafizəçilər çimərlikdə gözətçilik ediblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR