İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Prezidentinin müşaviri İsraillə İranın nüvə proqramını müzakirə edəcək

116 21.12.2021 11:54 Son xəbər A A

ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər edəcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri İsrailin baş naziri Naftali Bennetlə İranın nüvə proqramı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün bu gün İsrailə gələcək.

Bildirilib ki, Ceyk Sallivanı Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə direktoru Brett MakKark və digər rəsmilər müşaiyət edəcək.

Sallivan həmçinin ABŞ-ın Fələstinlə əlaqələrinin gücləndirilməsini müzakirə etmək üçün İordan çayının qərb sahilində yerləşən Ramallahda Fələstin lideri Mahmud Abbasla da görüşəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR