İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidenti yenə də pandemiyaya görə Çini ittiham etdi

1210 20.03.2020 01:17 Son xəbər A A

ABŞ prezidenti Donald Tramp bir daha koronavirus pandemiyasına görə Çini suçlayıb.

“Dünya hələ də onların əməllərinə görə ağır bədəllər ödəyir”,-deyə Ağ Evin rəhbəri mətbuat konfransında bu cümləni səsləndirib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı ÇXR-in hələ də koronavirusun yayılması ilə əlaqədar dünya dövlətlərinə və təşkilatlarına tam informasiya təqdim etmədiyini söyləyib. “Əgər çinlilər vaxtında xəbərdarlıq etsə idilər, xəstəliyi gəldiyi yerdə, yəni Çindəcə durdurmaq mümkün idi”,-deyə o, vurğulayıb.

Maraqlıdır ki, iki ay bundan öncə Donald Tramp rəsmi Pekini koronavirusla mücadiləsindən dolayı təbrik etmiş və hətta “Birləşmiş Ştatların Çinin bu məsələdə şəffaflıq siyasətindən xeyli məmnun olduğunu” açıqlamışdı.

ABŞ Dövlət departamenti isə vətəndaşları bir müddət xarici səfərlərini təxirə salmağa çağırıb. “4-cü təhlükə səviyyəsi: Səyahət etməyin!”,-deyə sənəddə belə bir cümlə keçir.

Bundan başqa, ABŞ-ın xarici siyasət idarəsi xaricdə qalan vətəndaşları da olduqları yeri təcili surətdə tərk edərək vətənə dönməyə çağırıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR