İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidenti İranı hədələyib: “Tehran böyük səhvə yol verdi”

2105 21.06.2019 01:35 Son xəbər A A

ABŞ prezidenti Donald Tramp İranın çox böyük səhvə yol verdiyini söyləyib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Ağ Evin sahibi bunu “Tvitter”dəki mikrobloqunda yazıb.

Doğrudur, prezident konkret olaraq sğzün hansı səhvdən getdiyini yazmayıb. Lakin bundan daha öncə İran İslam Keşikçiləri Korpusunun ABŞ-a məxsus kəşfiyyat dronunu vurub yerə salması barədə yaydığı xəbərdən sonra nəyin nəzərdə tutulduğunu təxmin etmək çətin deyil.

Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanılığının nümayəndəsi general Bill Urban da onlara məxsus pilotsuz uçan aparatın vurulduğunu təsdiqləyib və hadisənin İran ərazi sularında deyil, açıq dəniz məkanında gerçəkləşdirildiyini bildirib. Urban İİKK-nın hərəkətlərini təxribat adlandırıb.

Xatırladaq ki, bu həftənin 1-ci günü ABŞ müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanahan 1000 amerikalı əsgərin “müdafiə məqsədləri ilə” Yaxın Şərqə göndərilməsi barədə əmr imzalayıb. Bundan daha öncə isə bölgəyə 12 qırıcı təyyarə, “Patriot” zenit-raket qurğuları, “B-52” bombardmançıları cəlb olunub.

Həmçinin “Abraham Linkoln” hərbi aviadaşıyıcı gəmi körfəz sularına yol alıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR