İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ polisində daha bir SKANDAL - Maşında yemək yeyən gənci amansızlıqla güllələdi - ANBAAN VİDEO

1357 09.10.2022 08:23 Hadisə A A

ABŞ-ın Texas ştatında polis məmuru avtomobilində yemək yeyən gənci küçəyə çıxmaq göstərişinə əməl etmədiyi üçün silahı ilə yaralayıb.

Musavat.com xəbər verir ki, 10 dəfə atəş açdığı bildirilən polis məmurunun araşdırmalardan sonra vəzifəsindən azad edildiyi öyrənilib.

San Antonio şəhərində gecə yarısı baş verən hadisədə polis məmuru Ceyms Brennand park etdiyi avtomobilində qamburger yeyən Erik Kantudan maşınından düşməsini istəyib. Gənc oğlan polisin verdiyi göstərişlərə əməl etməyərək avtomobilini hərəkətə gətirmək istəyəndə Brennand bir neçə dəfə atəş açıb və 17 yaşlı oğlana bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib.

San Antonio Polis Departamentindən verilən açıqlamada polis məmurun hadisənin yanlış anlaşılma nəticəsində törətdiyini bildirib. Polis Departamentinin rəsmisi Alyssa Campos video açıqlamasında səbəb nə olursa olsun polisin bu davranışının düzgün olmadığını və kamera qeydlərini araşdırdıqdan sonra işdən çıxarıldığını bildirib.

Avtomobilində birdən çox güllə ilə yaralanan gəncin hazırda xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR