İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusunun polkovniki: “PKK bizim dəstəklədiyimiz Suriya Demokratik Qüvvələrinin tərkib hissəsidir”

888 04.05.2017 13:05 Dünya A A

İŞİD əleyhinə koalisiyanın sözçüsü, ABŞ ordusunun polkovniki Con Dorrian mətbuat konfransında “PKK bizim dəstəklədiyimiz Suriya Demokratik Qüvvələrinin (SDG) bir parçasıdır” deyib.

Avropa.info xəbər verir ki, polkovnik Dorrian Bağdaddan canlı bağlantı ilə Pentaqonda mətbuat nümayəndələri üçün brifinq keçirib.

Rakka əməliyyatı haqqında bilgi verən Dorrian ABŞ-ın qurduğu və sasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrindən danışarkən “PKK-ya gəlincə, onlar bizim dəstəklədiyimiz Suriya Demokratik Qüvvələrinin bir hissəsidir” ifadəsi işlədib.

Dorrianın bu sözlərindən sonra jurnalistlərdən biri “Siz PKK Suriya Demokratik Qüvvələrinin bir hissəsidir dediniz. Doğrumu eşitdim” sualı verib. Bundan sonra Dorrian “Eləmi dedim? YPG demək istəyirəm” deyib.

Dorrian ciddi-cəhdlə PYD/YPG-nin PKK ilə əlaqələrini rədd etməyə çalışıb.

Qeyd edək ki, PYD/YPG-nin PKK terror təşkilatının Suriya qolu olmasının təkzib edilməz faktlarla sübut olunmasına baxmayaraq, ABŞ bu terror təşkilatını özünün ortağı olduğunu bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR