İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Olimpiya Komitəsinə qarşı təhqiqat başlayıb – cinsi təcavüzlərdə şübhəlilər var

311 14.09.2019 18:40 Dünya A A

ABŞ Ədliyyə Nazirliyi Milli Olimpiya Komitəsi (MOK) ilə bağlı təhqiqata başlayıb.

Bu barədə “The Wall Street Journal” yazır.

MOK üzvləri cinsi təcavüz və maliyyə pozuntularında şübhəli bilinirlər.

Nəşrin mənbələrinin məlumatına görə, şübhə altına Gimnastika və Taekvondo federasiyalarının rəhbərləri düşüb. Güman edilir ki, bu federasiyalarda “yetkinlik yaşına çatmayanlar üzərində zorakılığ”ın qarşısı alınmayıb.

Qəzetin yazdığına görə, təhqiqat Gimnastika üzrə milli yığmanın keçmiş həkimi Larri Nassarın seksual təcavüzləri ilə bağlı qalmaqalın fonunda baş verib. 2018-ci ilin əvvəlində Nassara 175 il həbs cəzası verilib.(Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR