İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nefti bazarında rus fırıldağından şübhələnir: rəsmi araşdırmalara başlandı

758 23.04.2020 18:01 Dünya A A

ABŞ əmtəə fyuçersləri ilə ticarət üzrə komissiyası (CFTC) Dövlət Departamenti və Federal Təhqiqatlar Bürosunun (FTB) köməyi ilə neftin qiymətinə pul qoyulması ilə bağlı araşdırmalara başlayıb. "Bloomberg" agentliyinin yazdığına görə, bu mərc nəticəsində bəzi treyderlər yüz milyonlarla dollar gəlir əldə ediblər.

Komissiya şübhələnir ki, hərracların bəzi Rusiyaya bağlı iştirakçıları OPEK+ çərçivəsində aparılan danışıqlara dair gizli məlumatları əldə edərək bazarda oynamağa başlayıblar. ABŞ qurumu hesab edir ki, məlumat sızması Rusiya ilə OPEK ölkələri arasında sonradan hasilatın azaldılmasına dair saziş imzalanması ilə nəticələnən qarşılıqlı fəaliyyətlə bağlı baş verib.

Agentliyin mənbələri bildirirlər ki, mərcdə Rusiyanın qeyri-rəsmi şəxsləri iştirak ediblər. Şübhə altına alınan treyderlər Kremllə bağlı insanlarla işləyiblər. Şübhələrə səbəb olan əsas amil budur ki, həmin insanlar əvvəllər heç vaxt neft fyuçerslərinə pul qoymayıblar.
Yoxlamalar CME Group birja qrupuna qarşı aparılır. Bu qrupa daxil olan qurumlar arasında ABŞ-ın WTI neftinin ticarət olunduğu Nyu-York NYMEX əmtəə birjası da var.

Maraqlıdır ki, Rusiya rəsmiləri də neft qiymətlərindəki kəskin ucuzlaşmanın səbəbi kimi birja fırıldaqları və kartel sövdələşmələrini göstərirlər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, energetika naziri Aleksandr Novak fikirlər səsləndiriblər.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR