İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb

361 08.04.2022 00:16 Dünya A A

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə açıq şəkildə bəyan edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Donbasda əməliyyatlar aparmaq üçün kəşfiyyat məlumatları təqdim edir.

APA CNN-ə istinadən xəbər verir ki, o bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib. O, həmçinin vurğulayıb ki, ABŞ Ukraynanın bölgədə Rusiya hərbçilərinə qarşı hücumlar həyata keçirməsinə mane olmur.

Xatırladaq ki, aprelin 6-da ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Amerika tərəfi Ukraynaya onun ərazisində yerləşən hər bir rus tankı üçün 10 tank əleyhinə sistem vermək niyyətindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR