İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Türkiyə arasında “F-35" gərginliyi: Baydenin planı... - politoloq şərhi

2054 19.01.2021 09:30 Siyasət A A

Ərdoğan ümid edir ki, pulunu ödəyib ala bilmədikləri qırıcılar veriləcək, yeni prezident pozitiv addımlar atacaq

ABŞ-la Türkiyə arasında “F-35" qırıcıları ilə bağlı yeni gərginlik yaşanır. ”Yeni Müsavat"ın verdiyi xəbərə görə, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzuda açıqlamaları ilə diqqət çəkib.

Ərdoğanın sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin beşinci nəsil “F-35" qırıcılarının yaradılması proqramında Ankaranın rolu məsələsində pozitiv addımlar atacağına ümid edir.

Türkiyə lideri bu zaman bir daha Amerika hakimiyyətinin qərarını və Ankaraya qarşı sanksiyaların tətbiqini “ciddi səhv” adlandırıb.

Ərdoğan Putinə: "Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz  görməz" - VİDEO

“Heç bir ölkə müdafiə sənayemizlə bağlı atacağımız addımları müəyyən edə bilməz. Bu, tam olaraq bizim qəbul etdiyimiz qərarlardan asılıdır”, - deyə Ərdoğan bildirib.

Əlavə edib ki, Türkiyə Rusiya ilə “S-400"lərin ikinci partiyasının alınması barədə danışıqlar aparır.

Türkiyə liderinin sözlərinə görə, baxmayaraq ki, “F-35"-lər üçün ciddi pullar ödənib, indiyə qədər onlar Türkiyəyə təhvil verilməyib: ”Bu, Birləşmiş Ştatların NATO üzrə həmkarına qarşı işlədiyi ciddi səhvdir.

Ərdoğan: ABŞ-ın Türkiyəyə F-35 təyyarələri satmaqdan imtina etməsi  soyğunçuluqdur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümid edirəm ki, Bayden fəaliyyətə başlayandan sonra, danışıqlara başlayıb, pozitiv addımlar atacaq və prosesləri lazımi məcraya yönəldə biləcəyik".

Çox maraqlıdır ki, digər NATO ölkəsi, Türkiyə ilə silahlanma yarışına girən Yunanıstan hökuməti 2020-ci ilin sonunda Fransa ilə 18 “Rafale” qırıcısının satın alınması üçün müqavilə imzalayıb, ABŞ-dan “F-35" döyüş təyyarələri istəyib.

Eyni zamanda İsraildən pilotsuz uçan aparatlar (PUA) almağa hazırlaşır. Təhlilçilərin fikrincə, Ankaraya qarşı bir cəbhələşmə prosesi getməkdədir.

Bu yöndə ABŞ antitürk xətti tutmaqdadır və Ankaranın Rusiyadan “S400" raketləri almasına görə sanksiyaları ücləndirmək fikrindədir. Halbuki özü pulunu alsa da, Türkiyəyə ”F-35" qırıcılarını vermir.

Yeri gəlmişkən, Türkiyədə beşinci nəsil “F-35" qırıcı-bombardmançı təyyarələri üçün komponentlərin istehsalı 2021 və 2022-ci illər ərzində davamlı olaraq azaldılacaq.

U.S. military struggles to explain how it wound up bombing Doctors Without  Borders hospital - The Washington Post

Tomas Kempbell

Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Tomas Kempbell məlumat verib.

“ABŞ-ın «F-35» proqramında Türkiyənin statusu ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur. Türkiyənin «F-35» proqramına üzvlüyü dayandırılıb”, - deyə o qeyd edib.

Kembell komponentlərin çoxunun istehsalının 2020-ci ildə digər ölkələrə köçürüldüyünü, 2021 və 2022-ci illərdə də azalmağa davam edəcəyini vurğulayıb.

Göründüyü kimi, Vaşinqton Ankaranı bərk sıxır. Bəs Baydenin yanvarın 20-də inauqurasiyasından sonra bu siyasət dəyişə bilərmi?

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ -Türkiyə münasibətləri gec-tez yaxşılaşacaq, amma bu soyuqluq hələ bir müddət davam edəcək.

Onun fikrincə, həm coğrafi, həm geosiyasi mövqeyinə görə NATO içində ən əhəmiyyətli ölkə Türkiyədir.

Qabil Hüseynli: “Nə Azərbaycan Fələstindir, nə də...”

“Türkiyə Amerikaya 15 milyard ödəniş edib, sadəcə, ”S-400”ləri bəhanə edirlər, Ankara-Vaşinqton soyuqluğu bir müddət davam edəcək”

“Türkiyənin Rusiya ilə yaxınlaşması və onlardan ”S 400" almasına görə  ABŞ “F-35" qırıcılarını verməkdən imtina edir.

Amma bu qırıcıların istehsalında Türkiyə yaxından iştirak edib. Hətta onların 10-a yaxın hissəsi Türkiyədə hazırlanmaqdadır. Üstəlik, Türkiyə həmin qırıcılardan 40-50 ədəd alınması üçün Amerikaya 15 milyard ödəniş edib", - deyə siyasi analitik qeyd etdi.

Ekspert Türkiyədən təlim-yoxlanış üçün ABŞ-a heyət də göndərildiyini xatırlatdı, lakin iki ölkə arasında əlaqələr gərginləşəndə geri qayıdıblar:

“Amerika formal olaraq ”S 400" alınmasını bəhanə gətirir. Amma Türkiyədən əvvəl bu tipli sistemləri digər NATO ölkəsi Yunanıstan alıb. Düzdür, onlar “S 300" raketləridir, amma eyni müdafiə qurğularıdır və Afinaya heç nə demədilər, Ankaraya isə böyük problemlər yaratmağa başladılar.

Türkiyə həmçinin, “Patriot” hava hücumundan müdafiə sistemləri almaq istəyirdi, ABŞ müxtəlif bəhanələrlə onları da satmaqdan imtina elədi. Yəni Türkiyəni məcbur elədi ki, “S-400" raketlərini alsın.

İndi qəribə vəziyyət yaranıb, ABŞ sanksiyalardan danışır, hətta Türkiyənin NATO-dan çxarılması kimi ziyanlı fikirləri yayırlar. Türkiyə isə əvvəlki dövrdən fərqli olaraq, daha müstəqil siyasət yürüdür, lazım olan dövlətlə əlaqələr qurur. Onun Rusiya ilə yaxınlaşması bunun göstəricilərindən biridir. Amma NATO-dakı mövqeyinə gərginlik yaradacaq hərəkətlər etmir".

Turkey's S-400 missiles purchase threatening NATO alliance - report | Ahval

Q.Hüseynlinin sözlərinə görə, Ankara lazım olsa aldığı “S 400" raketlərini NATO ilə birgə istifadə etməyi planlaşdırır:

“Əslində NATO bu sistemlərin əleyhinə deyil, amma onun qrupuna daxil edilməsini də istəmir. Onların fikrincə, ”S-400"lərlə “Patriot"un radar qurğuları arasında kəskin fərq var. Və guya elə qurğular yerləşdirilə bilər ki, hansısa informasiyanı Rusiyaya ötürə bilər, agent rolunu oynayar. Bax, belə gərgin mühit formalaşıb. Amma Ərdoğan və komandası inanır ki, Baydenlə dil tapmağa çalışacaqlar. Hərgah, Bayden Türkiyənin “S 400" almasını kəskin tənqid etmişdi, ona görə bir müddət iki ölkə arasında soyuqluq davam edəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR